ABŞ İŞİD liderinin saxlanılması barədə xəbəri təkzib etdi

130241_src“Bu doğru xəbər deyil”

Pentaqon rəsmisi İraqda İŞİD liderlərindən biri Əbu Ömər əş-Şişaninin (əsl adı Tarxan Batiraşvili) saxlanılması barədə xəbərləri təkzib edib.

Oxu.Az-ın məlumatına görə, Pentaqon rəsmisi RİA Novosti-yə bildirib ki, İraq DİN-in terrorçunun saxlanılması barədə xəbəri həqiqətə uyğun deyil.

“Xeyr, bu doğru xəbər deyil”, — agentliyin sözçüsü bildirib.

Qeyd edək ki, KİV-də dəfələrlə əş-Şişaninin məhv edilməsi barədə informasiya yayılıb ki, bu, hər dəfə də təkzib olunub.

Məsələn, 2014-cü ilin 13 noyabrında Çeçenistanın başçısı Ramzan Kadırov öz İnstagram səhifəsində terroristin öldürülməsi barədə məlumat vermişdi. Dörd gündən sonra isə Pankiss dərəsinin başçıları (əş-Şişani bu yerlərdə doğulub) bu informasiyanı təkzib etmişdilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR