Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər – ŞİKAYƏT

скачанные файлыPrezident İlham Əliyevin çıxışlarında sahibkarları inctməməklə bağlı dəfələrlə məmurlara və yüksək vəzifə sahiblərinə verdiyi mesajlar hələ də bəzi səlahiyyətlilər tərəfindən qulaq ardına vurulur. Bu cür səlahiyyət sahiblərinin səhlankarlığı, saymamazlığı və özbaşınalığı ucbatından çarəsiz qalan vətəndaşlarmızın, sahibkarların son vaxtlar intihara əl atmasının da tez-tez şahidi oluruq.

Redaksiyamıza növbəti intiharın anonsu verilib. Bu dəfə intihara hazırlaşan vətəndaşımız Gəncə sakini Sacəddin Əliyevdir. Onu intihara aparan səbəb oğlu Əli Əliyevin deputat Ağalar Vəliyev tərəfindən aldadılaraq pis vəziyyətə salınmasıdır. Şikayətçinin iddiasına görə, deputatın səlahiyyətli nümayəndəsi olan Duman adlı şəxs oğlu Əli Əliyevdən tikintidə istifadə etmək üçün “Ağlay” daşı alıb və pulunu ödəməyib. Əli Əliyev isə külli miqdarda ziyana düşüb. Həmin tikinti isə deputat Ağalar Vəliyevə məxsusdur. Iddiaya görə, deputata arxalanan Duman adlı şəxs digər işçilərin də pulunu verməyib.
Şikayətçi bildirir ki, dəfələrlə oğlu pulunu tələb etsə də, hədə-qorxu və şantajla qarşılaşıb.

Baş verənlərlə bağlı aidiyyatı qurumlara şikayət olunub və mətbuatda işiqlandırılıb. Ağalar Vəliyev köməkçisi Bayram müəllimlə etiraz edən işçilərin yanına gələrək yaxın vaxtlarda pulları verəcəyinə söz versə də, o gedən yoxa çıxıb. Seyid cədinə arxayın olan kimi, Duman Ağalar müəllimə, Ağalar müəllim isə himayədarına arxayın olaraq bildiyini edir. Şikayətlərə məhəl qoymurlar.

Müxbirimiz məsələ ilə bağlı Duman müəllimlə telefon vasitəsilə əlaqə saxlayıb. Duman müəllim əvvəlcə məsləyə aydınlıq gətirəcək sənədləri redaksiyamıza təqdim edəcəyini bildirsə də, sonradan elə duman kimi də yoxa çıxdı. Zənglərimizə cavab vermədi.

Bir az əvvəl isə redaksiyamıza yenidən zəng edən Sacəddin Əliyev ailəsinin düşdüyü utancverici hala görə Prezident Aparatı qarşısında özünü yandıraraq həyatına son verəcəyini bəyan etdi.

Ümidvarıq ki, deputat Ağalar Vəliyev öz məsuliyyətini hiss edərək borclu olduğu insanların pulunu verərək və ya aidiyyatı qurumlar dərhal məsələyə müdaxilə edərək həllinə nail olacaqlar və bir ailəni faciədən qurtaracaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Ardı var…(BakuNews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR