Aşan nəhəngi yığışdıran yoxdur – FOTO

390335Milli.Az xəbər verir ki, bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində iritutumlu yük avtomobili aşıb.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən  bildiriblər ki, hadisə gecə saat 3 radələrində baş verib. Qəza zamanı yük avtomobilinin sürücüsü idarəetməni itirib və bu zaman avtomobil aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hazırda hələ də hadisə yerində böyrü üstə qalmış vəziyyətdə olan yük avtomobili yolda nəqliyyatın hərəkətinə mane olmur.

Faktla bağlı araşdırma aparılır.390335_02 390335_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR