“Ayaqlarım tutulmuşdu, su açdı” – Ağdamda şəfalı bulaq (VİDEO – FOTO)

bulaq-4Bulaq şəfalıdır, ətrafı çirkli.

Ağdamın Mirəşelli kəndi ərazisində bir vaxtlar neft axtarışı üçün qazılan quyudan yüksək temperaturlu su çıxır. “Qaynar bulaq” adlandırılan bu yerdə qışın ən şaxtalı vaxtında belə, su çox isti olur.

Tərkibi mineral maddələrlə zəngin olan bu su bir sıra oynaq və dəri xəstəliklərinin müalicəsində əvəzedilməz rol oynayır. Çoxlu sayda insan müalicəvi sudan şəfa tapmaq üçün oraya gəlir.

“Bədənimdə revmatizma var. Bu su mənə xeyir edir. Qış oldu, yaz oldu, fərqi yoxdur. Bir az ağrı hiss edən kimi 5 gün, 10 gün gəlirəm. Gəlib bu suda ayağımı bir saat, bir saat yarım qoyuram. Onunla da revmatizma məndən gedir”, – deyə sakin Habil Hümbətov bildirib.

Sakin Heyran Vəliyeva isə “Ayaqlarım tutulmuşdu, açıldı. Bu suyun hər bir xəstəliyə xeyri var” deyir.

Burada nəinki bulağın suyundan, hətta palçıqdan da müalicə məqsədi ilə istifadə olunur. Palçığın bədəndə bir neçə saat qalması ləkə və oynaq xəstəliklərinə xeyir edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, sakinlər sudan düzəldilən süni gölməçədə həm dincəlir, həm də şəfa tapırlar.

Müalicə üçün bura gələnləri narahat edən isə bulağın ətrafının antisanitar şəraitdə olmasıdır. Onlar bu ərazinin müalicəvi müəssisə kimi fəaliyyət göstərməsini istəyirlər. (Region TV)bulaq-5 bulaq-1 bulaq-2 bulaq-3 bulaq-4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR