Bakıda möhtəşəm şou və atəşfəşanlıq – FOTO

14505491303199317527_1000x669“Son 6 ay” tədbiri Bakı sakinləri tərəfindən yüksək coşğu ilə qarşılanıb.

Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri bu gündən – dekabrın 19-dan satışa çıxarılıb.

Qafqaznews.az AzərTAC-a istinadən xəbər verir ki, biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkündür. Satışa 30 min bilet çıxarılıb. Biletlərin qiymətləri 19 manatdan başlayır. Azərbaycan vətəndaşları biletləri 40 faiz endirimlə ala biləcəklər.

Dənizkənarı Milli Parkda start verilən bilet satışı “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edib. “Son 6 ay” tədbirində paytaxt sakinləri üçün bayram ab-havası yaradılıb.

Dekabrın 19-da “Son 6 ay” tədbiri ilə bağlı təşkil olunmuş əyləncə mərkəzi paytaxt sakinlərinin marağı ilə qarşılanıb. Mərkəzdə quraşdırılmış simulyator oyunlarından istifadə edən gənclər “Formula-1” yarışlarındakı sürəti və həyəcanı hiss edirlər. Həmçinin məkanda Avropa Qran-pri yarışları ilə bağlı broşürlər paylanılır. Məkan balacaların da sevimli istirahət yerinə çevrilib. Burada cizgi filmlərinin qəhrəmanları ilə şəkil çəkdirən, həmçinin rəsm çəkən balacalar, eləcə də sehrbazın nümunəvi çıxışlarına maraqla baxırlar.

Əyləncə məkanında quraşdırılmış monitorda “Formula-1” yarışlarından bəhs edən videoçarxlar nümayiş olunur. Dj-lərin ifasında musiqi sədaları altında paytaxt sakinləri bolidlə şəkil çəkdirir, həmçinin “Formula-1” komandalarının aksessuarlarına baxırlar.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, bu gün bizim çox önəmli gündür. Çünki düz altı ay sonra – iyunun 19-da Azərbaycan “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına ev sahibliyi edəcək. Bizim üçün qürurverici haldır ki, Bakının gözəlliyini 500 milyondan artıq insan görə biləcək. Yarışın təşkilinə altı ay qalmış biz biletləri satışa çıxardıq. Əsas məqsədimiz idmanın bu növünü insanlara tanıtmaq və onlara bayram əhval-ruhiyyəsi yaşatmaqdır. Həmçinin bu gündən “Könüllülər proqramı”na da start verilib. www.bakucitycircult.com saytına daxil olmaqla azarkeşlər həm bilet əldə edə, həm də “Könüllülər proqramı” ilə tanış ola bilərlər.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülərlə iş şöbəsinin əməkdaşı Vüsal Bəkirov deyib ki, gənclər saytımıza daxil olmaqla bu proqramdan qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün bütün informasiyalar dəqiq olmalıdır. Könüllülüyə namizədlər müsabiqəyə, sonra isə təlimlərə dəvət olunaraq “Formula-1” yarışlarının bir hissəsinə çevriləcəklər.

Tədbir çərçivəsində konsert proqramı da təşkil olunub. Yerli və xarici müğənnilərin ifasında səsləndirilən mahnılar tədbir iştirakçılarının zövqünü oxşayıb.

“Son 6 ay” tədbiri atəşfəşanlıq ilə başa çatıb.

Bakı Qran-prisi gələnilki mövsümdə 4 şəhər trasından biri olacaq. Altı kilometr uzunluğundakı Bakı trasında bolidlər 20 döngədən keçərək 51 dövrə vuracaqlar. Dənizkənarı bulvar boyunca iki kilometrlik məsafədə sürət saatda 340 kilometr olacaq. Bu da Avropa Qran-prisini digərlərindən fərqləndirir və yarışa marağı daha da artırır.

14505144704846331104_1000x669 14505246571878631715_1000x669 14505246572259214756_1000x669 1450524657263821581_1000x669 1450524657270083897_1000x669 14505246572717819668_1000x669 14505246573319630440_1000x669 14505246576307423471_1000x669 1450524657990050605_1000x669 14505491301332127028_1000x669 14505491301577753853_1000x669 14505491303199317527_1000x669 1450549130341039860_1000x669 14505491303492647653_1000x669 14505491304718619743_1000x669 14505491304922835317_1000x669 1450549130928957291_1000x669 1450549717537262299_1000x669 14505497175710838526_1000x669 (1) 14505497175710838526_1000x669 14505497176072138790_1000x669

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR