Bakıda müəllimlərə restoran qadağası…

Təhsil Nazirliyi paytaxt məktəblərinin müəllimlərinə növbəti qadağanı qoyub. Belə ki, nazirlik müəllimlərin Yeni il bayramı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı restoranlarda təşkil edilən bayram şənliyində iştirakını qadağan edib.

Cebhe.info xəbər verir ki, paytaxtın bir çox məktəblərinin şagirdləri yeni ili qeyd etmək üçün əvvəlcədən restoranlarda bayram şənliyi təşkil etmək üçün razılaşıblar. Amma şagirdlərlə birgə müəllimlərin həmin tədbirə qatılmasına nazirlik məhdudiyyət tətbiq edib. Buna görə də bəzi müəllimlər mərasmlərə qatılmaqdan son anda imtina ediblər.
Qeyri-rəsmi qadağaya əməl etməyən müəllimlərin cəzalandırılacağı vurğulanıb.  Nazirliyin qadağasını müəllimlərə, sinif rəhbələrinə çatdıran direktorlar məktəbin adının qadağaya əməl etməyənlər sıyahısına düşməməsi üçün ciddi tapşırıqlar verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR