“Bazar Store” kartof və pomidorun qiymətini 100 faiz bahalaşdırdı

2808185_zDolların məzənnəsinin qalxmasından sonra paytaxtın əksər ticarət mərkəzlərində qiymət artımı davam etməkdədir. Bahalaşmanın ən çox müşahidə olunduğu mərkəzlərdən biri də “Bazar Store” marketlər şəbəkəsidir.

Marketdə son günlər ən çox bahalaşan məhsulların içərisində kartof və pomidor olub.  Belə ki, bu məhsulların qiyməti 100 faiz bahalaşıb.  İrandan ölkəmizə gətirilən kartof devalvasiyadan öncə 0.60, 0.70 qəpiyə satılırdısa, hazırda bu məhsulun bir kiloqramı 1 manat 30 qəpiyədir. Market işçisinin sözlərinə görə, devalvasiyadan sonra İran kartofu  0.80, 0.90 qəpiyə satılırdı. Dünəndən etibarən isə qiymət 1 manat 30 qəpik olub. Buna səbəb isə məhsulun xaricdən gətirilməsidir. Həmçinin, Türkiyədən gətirilən pomidorun qiymətində də 100 faiz bahalaşma olub. Devalvasiyadan əvvəl 2 manata satılan məhsul hazırda 4 manatdan da baha qiymətə satılır.

Qeyd edək ki, “Bazar Store” marketlər şəbəkəsi “Azərsun Holding”ə məxsus olan ticarət mərkəzlərinin bir hissəsidir.  Bir neçə gün öncə “Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov mətbuata açıqlama verərək, qiymət artımının qaçılmaz olduğunu bildirmişdi. 2808185_z (1)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR