“Bizim market”də dövlətə təxribat – bir maldan iki ədəd satılmır

20151221-140358link“Bizim market” mağazalar şəbəkəsi dolların bahalaşmasından sui-istifadə edir.
AFN.az-ın şəbəkənin Yasamal rayonu Ə.Əhmədov küçəsi, ev 19 ünvanında yerləşən mağazasından alver edən əməkdaşının verdiyi məlumata görə, mağazada bir maldan iki ədəd satılmasına qadağa qoyulub: “2,5 kiloqramlıq paçka kərə yağı alırdıq. 2 ədəd götürdük, əvvəlcə satıcı etiraz etdi, sonra da kassada qoymadılar. Kassada bir yaşlı kişi də 4 paçka un götürmüşdü, onun ikisini qaytardılar, ikisini vurdular. Buna heç bir səbəb izah etmədilər, sadəcə bildirdilər ki, rəhbərlik tapşırıb. Deyəndə ki, dövlət qurumlarına zəng edib şikayət edəcəyik, deyirlər gedin hara istəyirsiz deyin”.
Əməkdaşımızın mağazada apardığı müşahidələr isə böyük bir ajiotajdan xəbər verir: “İnsanlar marketə axın ediblər. Bu vəziyyət isə ciddi narahatlıq yaradır, əhalidəki təşvişi xeyli artırır. Hər kəs sabah-birigün böyük bahalaşmanın olacağından danışır. Marketin bu qadağası söyləntilərin daha da çoxalmasına səbəb olub. Belə çıxır ki, “Bizim market” mağazalar şəbəkəsi insanlarda süni qorxu yaradır. Fürsət tapıb alıcılarla da danışdım. Hamısı bildirdi ki, bahalaşmanın olacağı onsuz da gözləniləndir, “Bizim market”in tətbiq etdiyi qadağa isə bu gözləntini qorxu və təşvişlə artırır, insanları dövlətdən, hakimiyyətdən narazı salır”.

Marketdə diqqətçəkən bir məsələ isə boşalan vitrinlərə yeni malların vurulmaması olub: “İşçilərin danışıqlarının şahidi olduq, rəhbərlik tərəfindən vitrinlərə yeni malların qoyulmaması barədə tapşırıq verilib. Bunu alıcılar da deyirdilər. Üstəlik, çox böyük narazılıq ifadə edirdilər. Hamı sabahdan qiymətlərin kəskin artacağını deyirdi”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR