Bulvarda atəşfəşanlıq olacaq: devalvasiya Bakı merini qorxutmadı

img1972286Dekabrın 31-də Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq.
Bu haqda Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
O qeyd edib ki, bayram tədbiri dekabr ayının 31-də təşkil ediləcək:
“Bakı Şəhər İcra Hakimiyyəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik. Bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edirik”.
Çoxları manatın dollar və avro qarşısında dəyərdən düşməsini nəzərə alaraq, budəfəki bayram gecəsində atəşfəşanlığın təxirə salınacağını düşünsə də, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbov ənənəni pozmaq istəməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR