Əfv sərəncamının icrasına başlanıldı

1Azərbaycan prezidentinin ötən gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

 Qafqaznews.az xəbər verir ki, sərəncam 210 nəfərə şamil edilib.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər.

Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR