“H&M Baku” şirkətində vergi qaçaqçılığı

20151208-120739linkDünyanın tanınmış brendlərindən hesab olunan H&M şirkətinin ölkəmizdəki rəsmi tərəfdaşı “H&M Baku” şirkətinin fəaliyyətində ciddi vergi nöqsanları var

Bu barədə AzFakt.com saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, şirkətin fəaliyəti Vergilər Nazirliyi tərəfindən yoxlanıldığı zaman nöqsanlar aşkarlanıb.

Vergilər Nazirliyinin bunula bağlı tədbirlər həyata keçirdiyi qeyd olunur.

Xatırladaq ki, H&M şirkəti ilk dəfə 1947-ci ildə İsveçin Vasteras şəhərində açılıb. Daha sonra 1968-ci ildə “Erling Persson” ovçular və balıqçılar Mauritz Widforss üçün mağaza olub. Mağazaya həmçinin, kişilər və uşaqlar üçün geyim xətti əlavə edilərək şirkətin adı “Hennes & Mauritz” olub. Şirkət 2800 mağaza vasitəsi ilə 49-dan çox ölkədə fəaliyyət göstərir.

Qeyd edək ki, “H&M Baku” şirkətinin Bakıda dükanlarının açılışında tanınmış iş adamları, müğənnilər, rəqqasələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR