İlhamə Quliyeva: Mən yaşamasam günahdır – VİDEO

ilhame-quliyeva-nazperinin-sevgilisinin-adini-aciqladi1“Ürəklərində mənim üçün ölürlər, canları çıxır”.

Müalicə aldığı Mərkəzi Neftçilər xəstəxanasından yaxın günlərdə evə yazılan “Şərəf” və “Şöhrət” ordenli xalq artisti İlhamə Quliyeva “Onlar” verilişinə müsahibə verib.

Oxu.Az xəbər verir ki, o, başına gələnlərin arxasında əslində məşhur qadın müğənninin dayandığını deyib:

“Evimdə il yarım əzrayıl saxlamışam. Qulluqçum oğru, dələduz, cadu xəstəsi olub. Amma bunun arxasında müğənni dayanıb. Qulluqçu kimdir ki, bu işləri bacarsın. Onu sadəcə qabağa buraxıblar. Mən çox yaxşı bilirəm ki, bunun arxasında dayanan reket qadındır.

Mən yaşamasam günahdır. Çünki mənə qarşı hörmət və diqqət var. Əgər ölsəm mənim üçün darıxarlar. Mən hələ 40 il yaşayacağam.

Məni istəməyənlər ürəklərində mənim üçün ölürlər, canları çıxır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR