Lavrov və Çavuşoğlu Belqradda görüşəcəklər

b_35f8b651b19ed7d3d521f410a43fad71Görüş bu gün baş tutacaq.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT-in XİN şurasının çərçivəsində Belqradda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya heyətindən olan mənbə bildirib.

“Türkiyə tərəfinin çoxsaylı xahişlərindən sonra Sergey Lavrov dekabr ayının 3-də ATƏT-in XİN şurası çərçivəsində Belqradda Türkiyənin XİN rəhbəri ilə görüşməyə razılıq verib”, agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə münasibətləri noyabrın 24-dən – Türkiyə qırıcısı Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra böhran vəziyyətindədir.

Rusiya prezidenti Vladimir Putin bunu “terrorçuların vasitəçilərinin arxadan vurduğu zərbə” adlandırıb. Ankara Su-24-ün onun hava məkanını pozduğunu iddia edir. RF-nin Baş qərargahı təyyarənin Türkiyə sərhəddini keçmədiyini bəyan edir, bunu Suriyanın Hava əleyhinə müdafiə sisteminin məlumatları da təsdiqləyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR