Məşhur azərbaycanlı müğənni Rusiyada qəzaya uğradı – VİDEO

c45f27b91e841cc335f0bb281846fce7-11283Prodüseri həlak oldu.

Azərbaycanlı müğənni Elbrus Canmirzəyev Rusiyanın Krasnodar vilayətinin Armavir rayonunda 28 dekabr saat 19:50 radələrində qəzaya uğrayıb.

Oxu.Az-ın yuga.ru saytına istinadən verdiyi xəbərə görə, onun prodüseriKamran Əmirov hadisə yerində dünyasını dəyişib.

“İlkin məlumatlara əsasən, Lexus GS300 avtomobilinin 24 yaşlı sürücüsü “Qafqaz” yolunda öndə hərəkət edən yük maşını ilə toqquşmaya yol verib. Qəza nəticəsində Lexus-un 34 yaşlı sərnişini yerindəcə ölüb, sürücü isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb ara məsafəsinin saxlanılmaması olub”, – deyə Krasnodar polisinin təbliğat şöbəsindən bildiriblər.

Qəzada məşhur şəxslərin xəsarət alması barədə hüquq-mühafizə orqanından olan mənbə xəbər verib.

Elbrus Canmirzəyev Azərbaycanın ən məşhur müasir pop-ifaçılarından biridir. Hazırda o, Dağıstanda yaşayır. O, Tolyatti Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır, bu barədə onun rəsmi saytında bildirilir.

Həlak olan Kamran Əmirov Alexandros Tsopozidisin də prodüseri olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR