“Moody’s” Azərbaycanın reytinqini sabit saxladı

13ddb627997edc560eec987ca141160e21177f3bTəşkilat yeni hesabatını açıqladı.

“Moody’s” beynəlxalq reytinq agentliyi dekabrın 4-də yaydığı hesabatda Azərbaycanın dövlət istiqrazlarının reytinqini “Baa3” səviyyəsində təsdiqləyib.

Oxu.Az agentliyin hesabatına istinadən xəbər verir ki, proqnoz stabil olaraq qalır.

Hesabatda qeyd olunur ki, Baa3 reytinqinin təsdiqlənməsi və stabil proqnoz üçün əsas amillər aşağıdakılardır:

– Azərbaycanın Dövlət Neft Fondunun böyük ehtiyatları, həmçinin 2016-cı ildə dövlət borcu və ÜDM arasında nisbətin 25%-dən aşağı səviyyədə sabitləşməsi gözləntisi ilə dəstəklənən maliyyə sabitliyi;

– ölkənin əhəmiyyətli ölçüdə maliyyə ehtiyatları və daha çevik mübadilə məzənnəsinin aparılması: bu, neftin iqtisadiyyata təsirini zəiflətməyə imkan verəcək.

Qeyd olunur ki, Azərbaycanın yerli və xarici valyutada depozit tavanları, həmçinin yerli və xarici valyutada istiqraz tavanları Baa3 / P-3 səviyyəsində qalır.

Agentlik hesab edir ki, 2016-cı ildə büdcə defisiti ÜDM-in 5,5%-ni təşkil edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR