Muarem Muaremin yeni komandası bəlli oldu

a09599f75684ada726d5bb7e87fdf704“Əskişəhərspor”dan ayrılan Muarem Muaremin yeni komandası bəlli olub. Apasport.az saytı xəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”a qayıdacağı deyilən makedoniyalı yarımmüdafiəçi fərqli qərar qəbul edib.

Belə ki, Muarem Türkiyədə qalmağı lazım bilib. O, PTT I Liqada çıxış edən “Yeni Malatyaspor” klubu ilə anlaşıb. Malatya təmsilçisi ilə hər məsələdə razılığa gələn futbolçunun yeni komandasının Antalya hazırlığına qoşulacağı gözlənilir.

Karyerası ərzində “Rabotniçki”, “Teteks”, “Orduspor” klublarının da formasını geyinmiş Muarem 2012-2015-ci illər ərzində “Qarabağ”ın uğurları üçün çalışıb. O, Ağdam klubunun heyətində 127 oyunda 21 qola imza atıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR