Putin Saakaşvilini ələ saldı: “Tragikomediyadır…” VIDEO

122315_res_01Rusiya prezidenti Vladimir Putin Ukraynanın daxili işlər naziri Arsen Avakovla Odessa qubernatoru Mixail Saakaşvili arasındakı davanı “tragikomediya” adlandırıb.

Putin bu fikirlərini rusiyalı jurnalist Vladimir Solovyovun “Dünya düzəni” (“Миропорядок”) filmi üçün verdiyi müsahibədə dilə gətirib.

Virtualaz.org saytı xəbər verir ki, V.Solovyov filmdən bəzi parçaları öz İnstagram səhifəsində yerləşdirib.

“Onların rus dilində söyüşməyi çox yaxşıdır. Yaxşı ki, gürcü, ya da osetin dilində söyüşmədilər. Amma bunun özü də gülməlidir axı. Bu, sadəcə hansısa tragikomediyadır” – deyə Putin bildirib.

Yada salaq ki, Avakovla Saakaşvili arasındakı münaqişə dekabrın 14-də Kiyevdə İslahatlara dair Milli Şuranın iclasında baş verib. Erməni əsilli daxili işlər naziri Avakovla gürcü qubernator Saakaşvili bir-birini korrupsiyada ittiham edib. Avakov əsəbiləşərək su dolu stəkanı Saakaşviliyə tərəf atıb. Bu zaman “ukraynalı” məmur-siyasətçilər bir-biri ilə rusca danışıblar. Avakov davanı əks etdirən videosüjeti sonradan öz facebook səhifəsində yerləşdirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR