“Qarabağ” öz meydanında xal itirdi – VİDEO

dfee5985ecc62c4a7035f29ce50f76b0“Sumqayıt”-“Rəvan” oyununda qapılara altı top vurulub.

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində iki oyun keçirilib.

Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Qarabağ” və “Qəbələ” komandaları qarşılaşıb.

Oyun 1:1 hesablı bərabərliklə bitib.

4-cü dəqiqədə Ermin Zets “Qəbələ”ni hesabda irəli çıxarıb. “Qarabağ”ın bərabərlik qolunu isə görüşün 79-cu dəqiqəsində İsmayılov vurub.

Turun digər qarşılaşmasında “Sumqayıt” komandası “Kapital Bank Arena”da “Rəvan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 3:3 hesabı ilə başa çatıb.

“Sumqayıt”ın heyətində Amil Yunanov dubl edib, Mikayıl Rəhimov isə fərqlənib. Rəqib komandanın qollarını Şeriff Suma, Ruslan Tağızadə və Ramazan Abbasov vurublar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR