Ronaldu yaydan bəri zədəli oynayırmış – Şok iddia

240294Madrid “Real”ının və Portuqaliya millisinin forvardı Kriştianu Ronaldu 3 aydır ki, dizindəki zədəsi ola-ola oynayırmış.

Qaynar.info xəbər verir ki, bu iddia ilə “Kral klubu”na yaxınlığı ilə seçilən “Marka” çıxış edib.

Sən demə, 30 yaşlı futbolçu residiv zədədən əziyyət çəkir. Portuqaliyalının problemləri hələ yaydan başlayıbmış, ancaq Ronaldu xüsusi məşqlərin köməyi ilə uzunmüddətli reabilitasiyadan qaça bilib. Kriştianu xüsusi təmrinlərdən yararlanır ki, zədəsini ağırlaşdırmasın.

Qeyd edək ki, Kriştianu Ronaldu İspaniya çempionatının cari mövsümündə keçirdiyi 14 matçda 10 qolun müəllifi olub və 3 dəfə də məhsuldar ötürməyə imza atıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR