Şəmkirdə başçı böhranı – Sahibkarlar şikayətçidir…

1450176956_0001Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkarlara divan tutur. Bu barədə DİA.AZ-a yerli şəmkirli iş adamları məlumat veriblər.

Yazan sahibkar bildirir ki, keçmiş vergi işçisi Alimpaşa Məmmədov Şəmkirə gələndən sonra rayonda 40-a yaxın istixananın fəaliyyəti dayandırlıb.

Shibkarlar bildirir: “Təbii ki, hər bir istixanadan ən azəndan 15-20 ailənin dolandığını nəzərə alsaq, bu qərarın neçə ailəyə ziyan vurduğunu təxmin edə bilərsiniz.

Biz buradan prezidentimizə müraciət edirik. Cənab prezident! şəmkirli sahibkarlar olaraq hər zaman Sizin siyasətinizi dəstəkləmişik və bu gün də bir əsgər kimi ulu öndər Heydər Əliyevin kursunə sadiqik. Amma vergilər naziri Fazil Məmmədova güvənən Alimpaşa Məmmədov bizi rəsmən zəməkdədir. Hələ sovet dönəmindən imkanlı olan şəmkirlilər bu gün dilənmə həddindədirlər. Şünki başçı burada dövlətin yox, özünün şəxsi maraqlarını güdür”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR