“Son illərdə işgəncə vermirlər”

1GHBMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib və onları araşdırmağa çağırıb.”BMT-nin növbəti hesabatı göstərir ki, Azərbaycan hökuməti son illər işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur”

Bu Human Rights Watch təşkilatının bəyanatında deyilir.10 müstəqil ekspetdən ibarət İşgəncələr Əleyhinə Komitə vaxtaşırı monitorinq çərçivəsində Azərbaycanda vəziyyəti, hökumətin BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına əməl edib-etmədiyini öyrənir.

Komitənin yekun hesabatında heç kimin məsulyyətə cəlb edilməməsindən və hakimiyyətin bu fikirləri əsassız saymasından narahatlıq ifadə olunur.s200_rashid.rumzada

“Doğrudan da Azərbaycanda heç kim işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməmişdir “,-bunu qafqaznews.org saytına Ombudsman Aparatının  nümayəndəsi  Rəşid Rumzadə bildirdi.

“Bu o deməkdir ki, Azərbaycanda işgəncələr tətbiq edilmir ?”, -deyə müxbir soruşdu.murad_sadeddinov1-300x225

“Biz bu faktlara hüquqi qiymət vermirik”,- Rəşid Rumzadə dedi.

Rumzadənin dediyinə görə Ombudsman Aparatına işgəncələrin tətbiqi haqqında  şikayətlər daxil olur.

“Bu şikayətlərlə bağlı biz Baş prokurorluğa məlumat vermişik“,-bunu Ombudsman Aparatının nümayəndəsi qafqaznews.org bildirdi.163_prava4-bella-300x220

Hüquq müdafiəçisi Murad Sadəddinovun fikrinə görə son 5-6 il ərzində işgəncələrin tətbiqi faktlarına rast gəlinmir.

“Əvvəllər belə hadisələr doğrudan da baş verirdi”,-bunu hüquq müdafiəçisi dedi.

Sadəddinovun dediyinə  görə məhkumların saxlanma yerlərinə baş çəkərkən,o karserdə qeyri-məqbul şəraitdə saxlanma şəraitinə rast gəlib.

“Bu isə işgəncə sayılır”,-deyə hüquq müdafiəçisi bildirdi.

“Son 3 ildə mən işgəncə hallarına rast gəlməmişəm. Əvvəllər belə hadisələr doğrudan da baş verirdi “,-bunu qafqaznews.org saytına Səadət Bənanyarlı bildirdi.

R.Həsənoğlu

Qafqaznews.org

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR