Sumqayıtda növbəti “yaşıl soyqırım”-FOTOLAR

1450244619_s3Uzun illərdən qalan ağaclar günü-gündən naməlum şəxslər tərəfindən məhv edilir

“Bizim şikayətimiz yaşadığımız 23/6 saylı binanın tinində yaşıl təbiətə qarşı “soyqırım” edən bəzi “işbazlardandır” Qeyd edilən sahədə uzun illərdən qalan ağaclar günü-gündən naməlum şəxslər tərəfindən məhv edilir”. Bu barədə JAM.AZ-a həmin binanın sakinləri adından İsa Məmmədov yazıb.

O qeyd edib ki, Mənzil İstismar Sahəsinə şikayətlərini bildirsələr də, oradan aldıqları məlumata görə həmin ərazi Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev tərəfindən satılıb. “Obyekt tikmək istəyən işbazlar “çıxış yolunu” buradakı yaşıllığı günü-gündən məhv etməkdə tapıblar. Faktı təsdiq edən fotoşəkilləri də şikayət məktubumuza əlavə edərək binamızın tinində yaşıllığı məhv edənlərin cəzalandırılması və qeyd edilən ərazinin Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən hər-hansı formada kimlərəsə satılması haqqında sərəncamının ləğv edilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz”.1450244635_s2 1450244630_s1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR