Tanınmış jurnalist “Azərsu”dan şikayət etdi – VİDEO,FOTOLAR

photo_10908Tanınmış yazar-jurnalist Rüfət Əhmədzadə sosial şəbəkədə “Azərsu”dan şikayət edib. O, yaşadığı həyəti su basdığını, amma “Azərsu”ya xəbər versə də indiyədək tədbir görülmədiyini bildirib.

Qafqaznews.az onun qeydərini və videonu təqdim edir:

“TV-lərdə və mətbuatda çalışan dostların köməyinə ehtiyac var. “Azərsu”ya dərdimizi anlata bilmədik, Xırdalandan bu gün yenə “svarşik” göndəriblər, onlar da “həyət su içindədir, qoy çəkilsin gələrik” deyib getdilər, heç nə etmədilər. Xətt isə açıqdır, camaat bizə görə susuz qalmaq istəmir. Deşik yerlərdən su bizim həyətimizə axır. 3 aydır çürük ümumi xəttin zibilini biz çəkirik. Evimizin zirzəmisinə qədər su basıb. Evdə astma uşağım var. Bu məsələni ictimailəşdirməkdə kömək edin. Artıq kimə deyəcəyimi bilmirəm. Məcburam ki, bazar ertəsi prezidentə məktub yazım, ya da “Azərsu”nu məhkəməyə verim. Gəlib həyətimizi görsəniz, deyərsiniz hansısa sel-daşqın olub burda. Evə çatım, şəkilləri də paylaşacam. Mən artıq “normal xahiş”lə həll olunacağına inanmıram”, – deyə R.Əhmədzadə “Facebook” statusunda vurğulayıb.

Qafqaznews.az

20151220061719-74119-17 20151220061720-6756-17 20151220061720-72782-17 20151220061721-64520-17 20151220061721-87312-17 20151220061722-47775-17 20151220061722-63516-17 20151220061722-83068-17

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR