“Türkvizyon 2015”in qalibi bəlli oldu – VİDEO

966208.w640Azərbaycanlı təmsilçi Mehman Tağıyev isə…

“TMB” telekanalının təşkilatçılığı ilə Türkiyədə reallaşan 3-cü “Türkvizyon 2015” mahnı müsabiqəsi başa çatıb.

Oxu.Az xəbər verir ki, 20-dən çox ölkədə 120 telekanal vasitəsilə canlı yayımlanan müsabiqənin final mərhələsində 21 ölkədən olan türk əsilli təmsilçilər yarışıb.

Jürinin ortaq qərarına görə Qırğızıstan təmsilçisi Jideş İdrisova “Türkvizyon 2015”in qalibi olub.

Yarışmada Qazaxıstan 2-ci, Türkiyə isə 3-cü yer tutub.

Azərbaycanlı təmsilçi Mehman Tağıyev isə 7-ci yerdə qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR