Van Damm Səmədovu təbrik etdi

collage_11451324994Dünyaca məşhur aktyor Jan Klod Van Damm azərbaycanlı kikboksçu Zabit Səmədovu qələbə münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu haqda Zabit Məmmədov “ATV xəbər”də məlumat verib. O, hətta Van Dammın ona birlikdə məşq etməyi təklif etdiyini bildirib:

“8 il əvvəl məğlub olduğum polşalı rəqibimi axır ki, məğlub etdim. Çox istəyirdim ki, birinci raundda onu məğlub edim, amma mümkün olmadı. Şükür ki, nəticədə ona qalib gələ bildim. Mənim üçün ən önəmli təbrik uşaqlıqdan izlədiyim, filmlərinə baxa-baxa məşq etdiyim Van Dammın təbriki oldu. Məni Los-Ancelesə dəvət edib, birlikdə məşq etməyi təklif etdi. Bildirdi ki, döyüşlərimi izləyir”.

Qeyd edək ki, turnirin təşkilatçısı Çeçenistan rəhbəri Ramazan Kadırov idmançımıza son model “Mersedes” hədiyyə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Qroznıda keçirilən döyüşdə dünya çempionu Pol Slovinskini məğlub edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR