Əyləncə iki nazirin başına bəla oldu – Foto

maraq0Avstraliyada iki nazir Honkonqda gecə barına gedərək əyləndikləri üçün qalmaqalla üzləşib və vəzifəsindən istefa verib

Milli.az The Guardian-a istinadən bildirir ki, istefa verən nazirlər Mal Bro və Ceymi Briqqsdir.
Barda çalışan qadınlardan birinin dediyinə görə, Ceymi Briqqs ona sataşıb. Ceymi Briqqs Avstraliyanın şəhərlər və antropogen mühit naziridir.
“O qadından üzr istədim, lakin sonradan ciddi düşündüm və anladım ki, davranışımla vəzifəmi, hökuməti rüsvay etmişəm”, – Briqqs deyib.
O, olayın təfərrüatları barədə danışmaq istəməyib, yalnız “qanunsuz heç nə etməmişəm” söyləyib.
Dövlət işləri naziri Mal Bro da həmin barda olub. Polis onun əməlini araşdırsa da, Bro istefa qərarı verib.
“Cənab Bro hökumətin imicini düşünərək dürüst addım atıb”, – Avstraliyanın baş naziri Malkolm Ternbull deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR