“Artıq-əksik danışdı, əl-qol atdı, bıçaqladım” – Saxlanılan keçmiş məhkum (VİDEO – FOTO)

скачанные файлы“Çoxdan söhbətmiz var idi, sözümüz çəp gəlmişdi”
“Gücüm çatmadı, bıçaqla vurdum”.

Xırdalan şəhərində 20 yaşlı Bilal Məmmədova 6 bıçaq zərbəsi endirən şəxs tutulub. O, xəstəxanaya yerləşdirilən yaralının ifadəsindən sonra həbs olunub.

Zərərçəkən küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov isə pul verməyəndə onu bıçaqlayaraq qaçdıqlarını deyib.

Hadisədən bir neçə saat sonra isə hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Mehman Mahmudov Abşeron rayon polis idarəsinə gələrək könüllü təslim olub. Saxlanılan şəxsin sözlərinə görə, Bilal Məmmədovu əvvəllər tanıyıb və onunla Xırdalan şəhəri ərazisindəki çayxanalardan birinin qarşısında rastlaşıblar. Bundan sonra isə Mehman Mahmudov ərazidən uzaqlaşıb.

Mehman Mahmudov – saxlanılan şəxs: “O adamla çoxdan söhbətimiz var idi, sözümüz çəp gəlmişdi. Üstümdə bıçaq var idi, çayxananın qabağında idim, o da gəldi. Söhbət düşdü, artıq-əksik danışdı, əl-qol atdı, bıçaqladım. İdmançı idi, qoldan güclü idi, gücüm çatmadı, bıçaqla vurdum”.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Region TV)1452105516_mem2 1452105525_mem3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR