“Azərbaycanda dollar ajiotajı bitmək üzrədir”

  İqtisadçı-ekspertÖlkədə dollar ajiotajı İlahə Məmmədli: “İnsanlarımız banklara əmanət yatırmaqda ehtiyat edir, lakin hazırda əmanətlər üçün heç bir risk yoxdur”

Mərkəzi Bankın (AMB) növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan  verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 18 bank tərəfindən məcmu tələb 67,161 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub. Məlumdur ki, AMB bu hərracları cəmiyyətdə dollar ajiotajının qarşısını almaq, bankların dollar ehtiyatlarını artırmaq, eləcə də “qara bazar”la mübarizə məqsədi ilə keçirir. Lakin bu tədbirlər istənilən nəticəni əldə etmək üçün yetərli olurmu?

Bankların öz dollar ehtiyatını bərpa etməsi bazara necə təsir edir? Və xüsusilə də, nəzərə alsaq ki, bir sıra banklar “qara bazar”a valyuta sızdırlmasında da iştirak edir, o zaman “qara bazar”a qarşı mübarizə necə aparılmalıdır?

Qafqaznews.az-ın suallarına cavab verən iqtisadçı-ekspert İlahə Məmmədlinin fikrincə, həqiqətən də, dollar ajiotajı bitmək üzrədir: “Artıq banklar tədricən öz dollar ehtiyatlarını bərpa edirlər. Əmanətlərin də əksəriyyəti dollara çevrilib. Banklar dollar almaq üçün manat verirlər, bundan sonra bankların manata ehtiyacı olacaq. Son auksionda 200 milyon dollardan 67 milyon dolların satılması göstərir ki, bankların dollara olan tələbatı artıq o qədər də yüksək deyil və hazırda manata ehtiyac yaranır.12607322_163448164028585_914005383_n

Vətəndaşların əlində toplanan dollar kütləsi də getdikcə manata dəyişdiriləcək, çünki gündəlik həyatda əsas valyuta kimi manatdan istifadə olunur”. Ekspert qeyd edib ki, AMB 200-dən çox “exchange”in bağlanması ilə bağlı qərar çıxarıb: “Lakin bankların nəzdində valyutadəyişmə məntəqələri qalmaqdadır. Bu banklar əhaliyə gərəkən xidməti göstərə bilərlər. Sadəcə süni şəkildə hər hansı addımlar atılması amili var ki, bu istiqamətdə də tədbirlər görülür.

Düşünürəm ki, artıq dollar ajiotajı bitəcək”. İ.Məmmədli banklara inamın zəifləməsi ilə bağlı sualı şərh edərkən vurğulayıb ki, burada bankların da, vətəndaşların da üzərinə məsuliyyət düşür: “Çox zaman insanlarımız düşünmədən, oxumadan müqavilə imzalayırlar, sonra banklardan şikayət edirlər. Lakin ajiotaj və panikadan söhbət gedirsə, artıq bunun üçün heç bir əsas yoxdur.

İnsanlarımız banklara əmanət yatırmaqda ehtiyat edir, lakin hazırda əmanətlər üçün heç bir risk mövcud deyil, çünki bütün əmanətlər dövlət tərəfindən yüz faiz kompensasiya edilir. Əmanətlərin banklara yatırılması dövriyyəyə daha çox vəsaitin çıxarılmasına səbəb olur ki, bu da, iqtisadiyyatın dirçəlməsi üçün stimuldur”.

Rüfət Əhmədzadə

 Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR