“Azərsu”da maaş böhranı: Sədr pulları kreditinə ödəyir

243072“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçiləri iki aydır maaş almır. Bu barədə məlumatı Qaynar.info-ya “Azərsu”nun işçilərdən biri verib.

Adının çəkilməsi istəməyən işçinin sözlərinə görə, bir neçə dəfə rəhbərlikdən maaşlarını tələb etsələr də, “büdcədə pul yoxdur” cavabını alıblar.

Məlumatda bildirilir ki, “Azərsu” işçiləri sonuncu dəfə 2015-ci ilin noyabr ayının maaşını alıblar.

İddiaya görə, maaşların gecikdirilməsinə səbəb “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Beynəlxaq Bankdan götürdüyü kreditlər olub. Belə ki, Qorxmaz Hüseynov Beynəlxaq Bankdan külli miqdarda kredit götürüb, amma indi bunu ödəyə bilmir. Bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq olunub.

İndi isə işçilərin maaşları hesabına problemini həl etmək istəyir. “Azərsu” rəhbəri hətta bir az da irəli gedərək, maaş tələb edən işçiləri ixtisarla hədələyib.

İşçilər yaxın günlərdə maaşlarını ala bilməyəcəkləri təqdirdə, geniş miqyaslı etiraz aksiyalarını başlayacaqlarını deyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR