Bakıda ölən xəstənin yaxınları həkimi döydü

126120_res_013 saylı Sabunçu Klinik Xəstəxanasında həkim xəstənin yaxınları tərəfindən döyülüb.

“Report” xəbər verir ki, üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz edib. Həmin şəxslər daha sonra xəstəxananın həkimi, 50 yaşlı Sevda Hüseynovanı döyüblər.

Naməlum şəxslər daha sonra xəstəxananın qapısının şüşəsini sındırıblar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR