Bakıda Yeni ilin ilk günü qar yağdı -FOTO

trend_foto_010116_(1)Bakıda Yeni ilin ilk günü qar yağdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
trend_foto_010116_(2) trend_foto_010116_(3)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR