Bu dəfə qəssablara xəbərdarlıq edildi

125307_res_01Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Abşeron rayonundakı heyvan kəsim və qəbulu məntəqələrində reydlər keçirib.

Rayonun Aşağı Güzdək qəsəbəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletləri aşkar olunub.

Bu barədə  Qafqaznews.az  saytına Xidmətdən məlumat veriblər. Xəbərdə deyilir ki, heyvan cəmdəkləri labaratoriyaya təqdim olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvan kəsimi ilə məşğul olanlara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.

Qeyd edək ki, son aylar mənşəyi məlum olmayan, sağlamlıq üçün təhlükəli ətlərin satılması faktları tez-tez aşkarlanır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR