Dövlət Komitəsi 15 nəfəri işdən azad edib

1453359084_0001Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2015-ci il ərzində 15 nəfəri işdən azad edib. 6 nəfər vəzifədən vəzifəyə keçirilib və 30 əməkdaş işə qəbul edilib. Modern.az xəbər verir ki, bu barədə komitənin ötənilki fəaliyyətinə dair hesabatında qeyd edilib.

2015-ci ildə görülmüş işlər barədə məlumat veriən komitə bildirib ki, “Böyük Bakının Regional İnkişaf Planı” komponenti üzrə istifadə edilməmiş məbləğ hesabına Bakının İnzibati Ərazisinin (213 min hektar) Torpaqdan İstifadə və Zonalaşdırma Planının hazırlanması haqda Dünya Bankının razılığı əldə edilib və Nazirlər Kabinetinin qeyd olunan məsələ ilə əlaqədar müsbət cavabı alınıb. Bununla əlaqədar layihənin həyata keçirilməsi üçün Bakı Dövlət Layihə İnstitutu ilə “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma planının hazırlanması” üzrə müvafiq qaydada müqavilə bağlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR