Dubayda göydələn-otel yanır-VIDEO

10615358_10205461331428180_5991228795857317191_nYanğın binanın böyük hissəsini bürüyüb.

Dubayın mərkəzində göydələn-oteldə yanğın baş verib, alov binanın böyük bir hissəsini bürüyüb.

Yanğın dünyanın ən hündür qülləsi olan Bürc Xəlifənin yaxınlığında yerləşən Address Downtown otelində baş verib, CNN xəbər verir.

Şəhərin rəsmi Twitter hesabında qeyd olunur ki, yanğının baş verdiyi bina 63 mərtəbəli Address Downtown hotel otelidir, Oxu.Az xəbər verir.

“Şəhər rəhbərliyi yaranmış problemi tez və təhlükəsiz həll etmək üçün hazırda hadisə yerindədir”, – deyə, məlumatda qeyd olunur.

Address Downtown otelində yanğının səbəbləri məlum deyil. Bu rayon Yeni ili qarşılamaq üçün ənənvi yerlərdən sayılır və hər il minlərlə insan atəşfəşanlığı izləmək üçün məhz bura gəlirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR