Dünya liderləri hansı filmləri sevir – SİYAHI

publika.az14520920811Dünya liderləri hansı filmləri sevir? Yəqin ki, bu, hər kəsi maraqlandıran sualdır.
Publika.az  Rusiya mətbuatına istinadən dünya liderlərinin sevimli filmlərini təqdim edir.
Rusiya xalqı Vladimir Putinin hansı filmi sevməsi barədə 2014-cü ildə keçirilən mətbuat konfransında xəbər tutub. Bu 1934-cü ildə çəkilmiş “Çapayev” filmidir. Filmin ssenarisini həyat yoldaşı Dmitri Furmanın gündəliyi əsasında yazdığı eyni adlı romanı əsasında Anna Furman hazırlayıb.
ABŞ prezidenti Barak Obamanın sevimli filmləri isə Maykl Kertsin 1942-ci ildə ekranlaşdırdığı “Kasablanka” və Miloş Formanın 1975-ci ildə çəkdiyi “Ququ quşu yuvasının üzərindən uçarkən” filmidir. Obamanın sevimli filmləri sırasına “Xaç atası”, “Ərəbistanlı Lourens” filmləri də yer alır.
Almaniya kansleri Angela Merkelin sevimli filmi isə Hayner Karrounun 1973-cü ildə çəkdiyi “Paul va Paulina haqqında əfsanə” filmidir. Filmin süjeti o zamankı siyasi elitanın həyatından götürülüb. O zaman filmin nümayişi qadağan olunub və müəlliflər bir müddət ölkəni tərk etməli olublar.
Çin Xalq Respublikasının rəhbəri Si Tsinpin ikinci dünya müharibəsi dövründən bəhs edən Amerika filmlərinin çılğın azarkeşidir. Bu filmlər arasında ən çox seviləni isə 1998-ci ildə ekranlaşdırılan “Sıravi Rayanı xilas etməli” filmidir.
İngiltərə kraliçası II Yelizavetta isə “Taxt-tac oyunu” və “Daunton abbatlığı” seriallarının vurğunudur. Kraliça bu filmlərə xüsusi diqqətlə izləyir və bütün tarixi epizodların dəqiqliyinə nəzarət edir. O, hətta filmlərin çəkiliş meydançalarında da olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR