GUAM-a sədrlik Azərbaycana keçdi

GUAMTəşkilatın baş katibi vəzifəsini Altay Əfəndiyev icra edəcək.

Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat – GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib.

Oxu.Az-ın məlumatına görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR