İcra başçısının maşını sürət həddini kobudcasına aşdı – VİDEO

1453537503_1Başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər

Reportyor.tv saytı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini göstərən video yayıb.

Məlumata görə, videodan əlavə, sözügedən sayt yazır ki, hadisə yanvarın 22-də baş verib. İcra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib. Bunu sübut etmək üçün həmin kadrları çəkənlər də öz avtomobilləri ilə başçının maşınının arxasınca eyni sürətlə hərəkət edərək özləri də qayda pozub. Lakin maraqlıdır ki, həmin şəxslər başçıya irad tutduqları halda özləri də qayda pozmuş oldular.

Çox güman ki, başçının xidməti avtomobilini sürücüsü idarə edir və cərimə də ona yazılacaq. Amma bu videonu çəkənlər də məsuliyyətdən kənarda qala bilməyəcəklər. Bu halda başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR