İctimai xadim Hacı Quliyev Yeni İli kimsəsiz uşaqlar sığınacağında keçirdi – FOTO

ictima-xadim-kimsesiz-usaqlarla (1)İctimai xadim, ailə məsələləri üzrə ekspert Hacı Quliyev 2015-ci ilə “Ümid yeri” kimsəsiz uşaqlar sığınacağındakı uşaqlarla görüşərək, əlvida deyib.

Bu barədə Qafqaznews.az-a H.Quliyevin mətbuat katibi Fuad Mədətov məlumat verib. O, bildirib ki, tanınmış modelyer Leyla Əhmədovanın təşəbbüsü ilə keçirilən Yeni İl şənliyi məhz kimsəsiz uşaqların xoş əhval-rühiyyədə olmasına təkan olub.

H.Quliyev uşaqlar üçün yaradılan isti ev şəraiti və uşaqlara göstərilən qayğıdan təsirlənərək, təəssüratlarını bölüşüb:

““Ümid yeri” kimsəsiz uşaqlar evinə gələndə tam fərqli bir şərait ilə qarşılaşacağımı düşünürdüm. Buradakı ab-hava məni o qədər heyrətləndirdi ki, bəlkə də kim bilir, bu uşaqlar küçələrdə, binaların bloklarında kimsəsiz dolaşardılar. Bəlkə neçə-neçə ağır cinayətlərin səbəbkarları ola bilərdilər. Müxtəlif yolxucu xəstəliklərin, virusların daşıyıcısı idilər… Kim bilir?! Hələ psixi vəziyyətləri və cəmiyyətə inteqrasiyalarından danışmıram. Bu gün onların hər biri isti bir dam altında birləşiblər, onlara həm dövlət, həm də bəzi qeyri-hökümət təşkilatları, xeyriyyəçi insanlar və başqa təşkilatlar kömək edirlər. Uşaqların bu qədər qayğı ilə əhatə olunması və problemsiz görünmələri əlbəttə ki, bizi sevindirməyə bilməzdi.”

İctimai xadim “Ümid yeri” kimsəsiz uşaqlar sığınacağının təşəbbüskarı Nigar Mənsimlinin əməyinin bəhrəsindən danışıb və cəmiyyətə səslənib:

“Hər bir uşağın mənəvi anası Nigar xanımla söhbətimiz zamanı, bayram günü olduğundan sığınacağı artıq çoxdan tərk edib, getmiş uşaqların bayramlaşmağa gəldikləri diqqətimdən qaçmadı. Nə xoş bizə ki, bu gün bizim qayğıya ehtiyacı olan uşaqlarımıza həm dövlət, həm də xeyirxah insanlarımız dəstək olur və cəmiyyətimizə düzgün inteqrasiya olmalarına şərait yaradırlar. Biz heç bir zaman unutmamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyin bu gün hansı təməl üzərində qurmağımız isə bizdən asılıdır.”

ictima-xadim-kimsesiz-usaqlarla (2) ictima-xadim-kimsesiz-usaqlarla (5) ictima-xadim-kimsesiz-usaqlarla (3) ictima-xadim-kimsesiz-usaqlarla (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR