Əməkdar artistin oğlu saxlanıldı – “O adam məni maraqlandırmır”

news-be389Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.

Qafqaznews.az  xəbər verir ki, əməkdar artist ans press-ə danışaraq oğlunun saxlanılmasını təsdiqləyib. Amma Rəhman Rəhmanov oğlu ilə yaşamadığını deyib:

“O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə də soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.photo c01b32b84b0f hqdefault

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR