Misirdə beşmərtəbəli bina uçub: 5 ölü, 5 yaralı

img1982309Misirin Əş-Şarkiyə əyalətində  beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.  
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  evin tikintisi zamanı  yol verilmiş texniki qüsurlar binanın uçmasına səbəb olub. Ölənlər arasında bir qadının və altı yaşlı uşağın olduğu bildirilir.
Statistika məlumatlarına əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün təhlükəli hesab edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR