Nazirlik Bakı “bomj”larını ölümün qucağına buraxıb

1434628088383976403_1000x6691-2Dekabrın 31-də ETSN-in  Milli Metereologiya Departamenti kəskin hava dəyişməsi barədə məlumat verdi. Bildirilirdi ki, dekabrın 31-dən yanvarın 4-dək qeyri-sabit hava şəraiti hökm sürəcək, yerlərdə sulu qar və qar elmanbabayev_565-1-300x227yağacaq. Azərbaycanın müstəqiliyini əldə etməsindən sonra, şəhərin mərkəzində kasıblar üçün yerləşdirilən baraklar oliqarx məmurların sarayları ilə əvəz olundu. Yoxsuların bir hissəsi (onların arasında qadınlar və uşaqlar da var) sadəcə küçələrə atıldılar. Beləcə, Bakıda ilk “milli bomj”lar, evsizlər peyda oldu.

Onların sıralarını evi qaçqınlar və məcburi köçkünlər tərəfindən tutulan insanlar da doldurdu. Həmin şəxslərin öz mənzil hüququnu məhkəmə yolu ilə bərpa etmək uğrunda mübarizəsi heç bir nəticə vermir. Biz aydın etməyə çalışdıq ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “bomj”ların soyuqdan və kəskin hava dəyişikliyi şəraitindən xilas olunması üçün hansı tədbirlər görür. Bizi maraqlandıran suala cavab tapmaq üçün ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlamağa çalışdıq.

img1131110-1E.Babayevin telefonu həmişəki kimi zənglərə cavab vermirdi. O zaman biz nazirliyinn Statistika Şöbəsinin rəhbəri Azad Tağıyevə zəng etməyi qərara aldıq. A.Tağıyev bildirdi ki, evsizlərin soyuqdan qorunması üçün ƏƏSMN-in hansı tədbirlər gördüyündən məlumatsızdır. Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva Qafqaznews.org-a bildirib ki, Azərbaycanda hazırkı sosial müdafiə sistemi şəraitində çox insan bir saatın içində evsizə çevrilmək təhdidi ilə yaşayır. A.Abdullayeva qeyd edib ki, Azərbaycanda bir çox insan mənzillərinin qanunsuz şəkildə zəb olunması nəticəsində evsizə çevrilib. “Bu, hüquq-mühafizə orqanlarının açıq-aşkar əməkdaşlığı ilə baş verib”, – deyə hüquq müdafiəçisi vurğulayıb. O qeyd edib ki, vətəndaşların mənzil toxunulmazlığını təmin edə bilməyən dövlət orqanları, heç olmasa, onları donmaqdan xilas etməlidir.

 Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR