“Yazar olmaq istəyirəm” adlı layihə çərçivəsində Ağstafada növbəti tədbir keçirilib-FOTO

12439238_149156285457773_3302354388629581709_nPrezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yazar olmaq istəyirəm” adlı layihə çərçivəsində Ağstafada növbəti tədbir keçirilib.Ağstafa  şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə  layihənin rəhbəri Gülnar Nəzərova çıxış edərək layihə haqqında ətraflı məlumat verib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun həyata keçirdiyi belə layihələrin əhəmiyyətindən danışıb.Qafqaznews.az xəbər verir ki, layihənin keçirilməsində məqsəd Ağstafa və Qazax rayon məktəbliləri arasında yazar olmaq istəyən şagirdlərlə görüşmək, onları üzə çıxarmaq və yazdıqları hekayələrlə tanış olmaqdır. İki mərhələdən ibarət olan layihə çərçivəsində məktəblilər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Birinci mərhələdə yazar-jurnalist Rüfət Əhmədzadə şagirdlərə yazar olmaq üçün hansı keyfiyyətlərin gərəkli olmasından, ideya və süjetə yanaşma tərzi, yazı texnikası, hansı mövzulara necə müraciət etmələrindən söz açıb. O məktəblilərə nəsr əsərinin yazılması zamanı obraz seçimindən danışıb, onlarda olan istedadın üzə çıxarılmasında belə layihələrin olduqca böyük əhəmiyyət kəsb etməsindən söz açıb. İkinci mərhələdə şagirdlərə sərbəst mövzu ətrafında öz fikirlərini çatdırmaları tövsiyə olunmuşdur. Yazılar yazar-ekspert tərəfindən yoxlanılıb, 5 nəfərin yazısı fərqlənib.

Ağstafa məktəblilərindən Gülçin Bayramova 1-ci, Səbinə İsmayılova 2-ci, Fariz Abdullayev 3-cü, Əfəndiyeva Xalidə 4-cü, Mehdizadə Qinyaz 5-ci yerləri utublar. Qaliblərə Rüfət Əhmədzadənin “Adım anonim qalsın” adlı kitabı, sertifikat və hədiyyələr təqdim edilib. Xatırladaq ki, bu layihə çərçivəsində bundan əvvəl yanvarın 8-də Qazaxda tədbir keçirilmiş, qısa hekayə yazan Qazax gənclərindən Gülər Hüseynova 1-ci, Mələk Əlili 2-ci, Aytən Həsənova 3-cü, Nərmin Əhmədzadə 4-cü, Ayşə Əliyeva 5-ci yer üzrə mükafatlar almışdılar. Layihə çərçivəsində fərqlənən Qazax və Ağstafa məktəblilərinin 10 hekayəsi ayrıca kitabça formatında çap olunacaq.

Qafqaznews.az

1919131_149156008791134_8473752955102164216_n 12096459_149156068791128_2160578577433714375_n 12400976_149156058791129_1794143009732989771_n 12439541_149156222124446_6674589605416266893_n 12484764_149156252124443_6889405289458561244_o 12507385_149156365457765_8789988172940640916_n 12508908_149156098791125_601131900581998304_n 12540869_149156362124432_5615344113154650521_n 12540884_149156305457771_6153279246808493241_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR