“Slavyanka” sularının qiyməti niyə qaldırıldı? – Bulaqlarımız da dollarla qaynayırmış…

1453095402_0001Gədəbəy rayonunda fəaliyyət göstərən “Gədəbəy Mineral Suları” fabrikinin məhsullarının qiyməti qaldırılıb.

Dia.az azadliq.info-ya istinadən xəbər verir ki, artıq Bakı şəhərindəki mağazalarda 19 litrlik balonlarda satılan “Slavyanka 1″ markalı təbii bulaq suyunun qiyməti 50 qəpik bahalaşaraq 4 manat olub. Əvvəl bu məhsul 3 manat 50 qəpiyə satılırdı.

Mağazalardan birinin satıcısı bildirib ki, məhsulun istehsalçısı “Gədəbəy Mineral Suları” MMC-də qiymət artımının səbəbini istehsal xərclərinin artması ilə əsaslandırırlar.

Xatırladaq ki, “Slavyanka” sularının mənbəyi Gədəbəyin Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. “Gədəbəy Mineral Suları” fabriki isə 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində istifadəyə verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR