Tağı Hüseynov: “Prokurorluq “Medilux”un cərrahına qarşı daha sərt tədbirlər görə bilərdi”

Безымянный copy“Şübhəli şəxs Dilqəm Məhərrəmova ölkədən çıxmağı qadağan etmək, onu həkimlik fəaliyyətindən müvəqqəti kənarlaşdırmaq,hətta  ona qarşı ev dustaqlığı qərarı vermək olardı”

Bundan əvvəl də xəbər verdiyimiz kimi, yanvarın 10-da Bakının “Medilux” klinikasında əməliyyat olunan 1967-ci il təvəllüdlü, Tovuz rayonu sakini, Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Qafqaznews.az bildirir ki, vəfat edən qadının qohumları Qafqaznews.az-a müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər. Həmçinin, bu günlərdə redaksiyamıza yenidən müraciət edən mərhumun yaxınları istintaq prosesinin ləng getməsindən, ekspertiza nəticələrinin açıqlanmasının yubadılmasından narahatlıqlarını bildiriblər. Biz məsələ ilə bağlı araşdırma aparmağa, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” скачанные файлы (1)ETT Birliyindən də eskpertiza nəticələrini öyrənməyə çalışdıq.

Lakin bizə bildirdilər ki, “ekspertizanın nəticələri müstəntiqə veriləcək”. Məlumdur ki, istintaq prosesi gedir, Nərimanov Rayon Prokurorluğunda CM 314.2-ci maddə (səhlənkarlıq edərək, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılir) fakt üzrə cinayət işi açılıb. İttiham hələ elan olunmayıb, lakin insanların həyatını təhlükəyə atan, ölüm hadisəsində əsas şübhəli şəxs olan Dilqəm Məhərrəmov hələ də müxtəlif əməliyyatlara girir, başqalarının taleyi ilə oynayır.cerrahiyye_014

Belə olduğu halda, proseslər durulana, yəni, cinayət işi üzrə araşdırma bitənə qədər cərrahın fəaliyyətindən müvəqqəti kənarlaşdırılması mümk12498816_1669322373327633_1562845985_nün idimi? Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Ceyhun müəllim bizə “Baş Prokurorluqla əlaqə saxlamağı” tövsiyə etdi. Hətta soyadı ilə bağlı da, hörmətli müstəntiq bizə baş prokurorluqdan soruşmağı məsləhət bildi. Biz ondan Dilqəm Məhərrəmovun müvəqqəti fəaliyyətindən kənarlaşdırılması ilə bağlı soruşduq, o isə suala sualla cavab verdi: “Niyə kənarlaşdırmalıyıq ki?

Onun günahı sübut olunub?”…. Hələlik, bu məsələ ilə bağlı heç bir nəticə yoxdur. Mərhum Təranə Müseyibovanın qohumları da işin yubadıldığını, ölüm hadisəsində günahı olanların məsuliyyətə cəlb olunmadığını vurğulayıblar. Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrah Dilqəm Məhərrəmovun məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, vəfat edən qadının ailəsi və övladları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət ediblər.

dilq-m-m-h-rr-movÖtən gün isə T.Müseyibovanın qardaşı Asif Vaqif oğlu Ağayev bacısının ölümündəki “qaranlıq” məqamların qanuni çərçivədə araşdırılması və ədalətin yerini tapması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. O, bu məktubun surətinin Respublikanın baş prokuroru Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, eləcə də Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin sədri Şakir Musayevə göndərdiyini qeyd edib. A.Ağayevin dövlət başçısına müraciətində bildirir ki, “Medilux”un cərrahı Dilqəm Məhərrəmov sağlam insanı öz ayaqları ilə “Medilux”a gətirdərək, ordan cənazəsini təhvil verib: “Yanvar ayının 9-da deyə-gülə, zarafatlaşaraq klinikaya yola saldığımız bacım Təranə Müseyibovanın səhhəti əməliyyatın səhəri günündə pisləşdi, bir saat sonra xəbər verdilər ki, “xəstəniz dünyasını dəyişib”.12112462_1069082396465661_7089516176695936671_n-1

Şikayətçinin sözlərinə görə, klinikadan bildiriblər ki, guya, onun trombu olub: “Əgər belə idisə, nə üçün əməliyyata alınırdı? Beləliklə, cərrah Dilqəm Məhərrəmov məsuliyyəti öz üzərindən atmağa çalışır. Hətta bəzi yerlərdə bildirir ki, “mən yuxarı yerlərlə danışmışam, ekspertiza mənim əleyhimə rəy çıxarmayacaq”. Hazırda Nərimanov Rayon Prokurorluğunda olan işin araşdırılması da, ekspertiza nəticələri də gecikir”. Biz Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq, o da bizə daha 7-10 gün gözləməyi, sonra daha geniş məlumat veriləcəyini bildirdi. Lakin hələ də, cərraha qarşı hansı tədbirlər görüldüyünü anlaya bilmədik. Olmaya, cərrah özünün müdafiəsi üçün vəkilə yox, elə prokurorluq orqanlarına ümid edir?

11693909_439105786281026_8529614620034046810_nMəsələ ilə bağlı saytımıza danışan hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, əgər ölüm səbəbi kimi tromb göstərilibsə, həkim istənilən halda məsuliyyət daşıyır: “Nəinki cərrah, əməliyyat öncəsi analiz götürən, müayinə aparan bütün həkimlər məsuliyyətə cəlb olunmalı, dindirilməli idilər. Bilmirəm, prokurorluq konkret olaraq hansı addımları atıb, amma bir qayda olaraq, istintaq prosesi zamanı ekspertizanın rəyinə qədər belə, müəyyən araşdırma işləri getməlidir”.

Cərraha qarşı görülən tədbirlərə gəlincə isə, T.Hüseynov bildirib ki, prokurorluq istəsə, şübhəli şəxs qismində belə, Dilqəm Məhərrəmova qarşı müəyyən tədbirlər görə bilərdi. “Cərrah şübhəli şəxs qismində saxlanıla, ya da istintaq bitənə qədər ölkədən çıxmaq qadağası və ev dustaqlığı ilə üzləşə bilərdi. Onu həkimlik fəaliyyətindən kənarlaşdırmaq da olar, hətta təcridxanaya da göndərmək mümkündür.

Burda ölüm hadisəsi və cərrah səhlənkarlığından söz gedirsə, müvəqqəti olaraq, prokurorluq bu addımı ata bilərdi. Lakin, prokurorluq istəsəydi – qanunvericilikdə belə bir alternativ də var”, – deyə T.Hüseynov əlavə edib. Görünür ki, prokurorluq istəməyib… Cərrah Dilqəm Məhərrəmov yenə rahat-arxayın, hər gün əməliyyatlara girib-çıxır. Mövzunu diqqətdə saxlayacağıq

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR