Tovuzda 21 yaşlı ana doğuş zamanı ölüb

Hospital_140108Tovuzda 21 yaşlı ana doğuş zamanı dünyasını dəyişib.

Qafqaznews.az  Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Lalə Abbasova 3 gün öncə doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyevanın sözlərinə görə, 21 yaşlı Qovlar şəhər sakini tibb müəssisəsinə eklampsiya diaqnozu, yəni gecikmiş toksikozun ən ağır forması ilə daxil olub.

Ağır vəziyyətdə olan ana əməliyyat edilib və körpəsi ölü doğulub. Səhiyyə Nazirliyinin həkim birqadası da rayona çağırılıb. Bütün səylərə baxmayaraq, ananı da xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan ana 3 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, mərhum bu doğuşa qədər 2 qız övladı dünyaya gətirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR