Türkiyədən Yunanıstana gedən qayığın batması nəticəsində ölənlərin sayı 33-ə çatıb

c8d287e7-7919-42ce-bcc3-2f82c314a223_292Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 33 nəfərin meyiti çıxarılıb.
“Report” xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas edib. Xəbərə əsasən, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***13:02

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 10 nəfər ölüb.

“Report” xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 43 mühaciri sudan sağ çıxarıb.

Xəbərdə bildirilib ki, onlar Əfqanıstan, Birma və Suriya vətəndaşlarıdır.

127510_src 127511_src (1)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR