Türkiyənin məşhur müğnnisi “donuz qripi”nə tutuldu

bulentersoy7Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy donuz qripinə yoluxub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən xəstələnən diva təcili şəkildə xəstəxanaya yerləşdirilib. Müğənninin temperaturu 40 dərəcəyə qədər yüksəlib. Türkiyənin “Danışmasam Olmaz” verilişinə zəng vuran müğənninin prodüseri deyib ki, Bülənt Ərsoyun səhhətində həmişə qış mövsümündə viruslarla əlaqədar çətinliklər olur: “Hazırda Bülənt Ərsoy da bu viruslardan birinə yoluxub.

Vəziyyəti ciddi olduğu üçün xəstəxanaya apardıq. Həkimlər analiz nəticələrinin cavabı çıxana kimi onun xəstəxanada qalmasını məsləhət gördü. Hələlik səhhəti yaxşıdır. Analizlər də verilib. Hazırda cavab gözləyirik. “Donuz qripi” riski də ola bilər. Çünki müğənninin 40 dərəcə tempraturu var. Həm də öskürür. Bu gün çıxan təhlillər nəticəsində diaqnoz qoyulacaq”.

Bülənt Ərsoyun yaxın rəfiqəsi Oya Aydoğan da məsələyə münasibət bildirərkən deyib ki, divanın “donuz qripi”nə yoluxması ehtimalı yüksəkdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR