Ucarda həkim 1 yaşlı körpənin ailəsindən pul istəyir? – ŞİKAYƏT(FOTO)

img_26011_slide2Xəstəxana rəhbərliklərinin, həkimlərin öz vəzifələrini yerinə yetirmək əvəzinə daha çox şəxsi mənfəətlərini ön planda tutması barədə, mətbuatda çox yazılıb. Qafqaznews.az saytı olaraq, bu və digər problemlər barədə daim məlumatlar vermiş, ədalətsizliyə düçar olan pasientlərin və onların yaxınlarının şikayətlərini işıqlandırmışıq. Ucar rayonu Alpı kəndi sakini Mehdiyeva Xəyalə Naməd qızı tərəfindən Qafqaz Xəbər Agentliyinə göndərilən şikayət məktubunda Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimi Səidə Kamilovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edib xəstələri süründürməçiliyə məruz qoyması qeyd olunur. X.Mehdiyeva öz şikayət məktubunda qeyd edir ki, S.Kamilovanın süründürməçiyi nəticəsində onun albinizim xəstəsi olan bir yaşlı övladı Əkbərin əlillik dərəcəsinin təyin edilməsinə əngəl yaranıb. “Belə ki, 27.12.2014 tarixində dünyaya gəlmiş övladım Mehdiyev Əkbər Vüsal oğlu albinizim xəstəsidir.20160111_094951

Buna dair Akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin 24.12.2015 tarixli tibbi rəyİ verildi. Həmin rəyə əsasən, albinizim xəstəsi olan övladıma əlillik təyin edilməsinə görə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün 88 nömrəli forma sənədini Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimi pediatr Səidə Kamilova heç bir əsas olmadan vermək istəmir.Bizə deyir ki, Milli Oftamologiya Mərkəzinin tibbi rəyi düz yazılmayıb”.

Şikayətçi vurğulayıb ki, Səidə həkimin könlündən keçən pulu ona verməyə maddi imkanı yoxdur deyə, süründürməçiliyə məruz qalıb. “Qeyd edim ki, ilk övladım 2013-cü il tarixdə anadan olmuş Mehdiyeva Nəzrin Vüsal qızı da albinizm xəstəsi olduğu üçün Akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin tibbi rəyi əsasında forma 88 sənədi verildi və bu sənədi 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdikdən sonra xəstə övladımıza əlillik təyin edildi.İndi ikinci övladımız Əkbərdə oxşar qaydada albinizim xəstəsidir ki, ona da əlillik təyin edilməlidir. Dəyişən bir odur ki, qızımız Nəzrinin 88 nömrəli forma sənədini keçən il başqa həkim pul almadan qanunu qaydada bizə təqdim etsə də bu il Səidə Kamilova kimi haqsızın əlinə düşmüşük deyə hüquqlarımız tapdanmış, süründürməçiliyə məruz qalmışıq”, – deyə X.Mehdiyeva yazıb.

Vətəndaş mətbuat vasitəsi ilə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyini bildirib: “Çox-çox xahiş edirəm, Sizə bu barədə göndərdiyim şikayət ərizəmdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb qanunsuzluq edən həkim pediatr Səidə Kamilovanın barəsində qanuni tədbirlər görəsiniz və qanuni sənədimizin verilməsinə yaxından köməklik edəsiniz”.

Mövzunu diqqətdə saxlayacağıq.

Sənan Məmmədli

Qafqaznews.az

20160118_001203

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR