Yevlaxda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

b44736e4f4293a645fddb76759fa5627Yevlaxda ağır yol qəzası olub.

Qafqaznews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində  “VAZ” və “Dodge” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Aran Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:45-də başa çatıb.

Sosial səhifələrdə paylaş

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR