Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

IMG_407924 fevral 2016-cı il tarixdə Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı,rayonun fəal gənclərinin və tələbələrin iştirakı ilə ”26 fevral –  Xocalı  soyqırımı”nın     24-cü  ildönümü  ilə   bağlı anım tədbiri  keçirilmişdir.  Xocalı şəhidlərinin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə kollecin metodisti,kənd təssərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qeyd etdi ki,Xocalı faciəsinin 24-cü ildönümü rayonumuzda da geniş qeyd olunacaqdır.Rayon icra hakimiyyətinin başçısı tərəfindən bununla əlaqədar xüsusi sərəncam imzalanmış,geniş tədbirlər planı təsdiq edilmişdir. Buna uyğun olaraq rayonun təhsil və mədəniyyət müəssisələrində soyqırımı ilə əlaqədar yığıncaqlar,disputlar, konfranslar keçiriləcək.

Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova çıxış edərək Respublikada şəhidlərin xatirəsinə,şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Bərdə rayonunun seçilən bölgələrdən olduğunu bildirdi.O,Xocalı faciəsinin dəhşədlərindən danışaraq bu faciənin həm Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlıq,torpağa bağlılıq  səlnaməsi olduğunu vurğuladı.

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək qeyd etdi ki, XX əsrin ən dəhşətli faciəsi olan,erməni şovinistləri tərəfindən törədilən Xocalı soyqırımından 24 il ötür.O,əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq,tarixdə ilk dəfə olaraq “genosid” sözünün 1944 –cü ildə yəhudi əsilli Polşa hüquqşunası Rafael Lemkin tərəfindən leksikona daxil edildiyindən,9 dekabr 1944-cü idə isə “Genosid cinayətin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın qəbulu ilə ona rəsmi status verilməsindən, danışdı və Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində dövlət başçısının  yürütdüyü məqsədyönlü siyasətdən söz açdı.

İctimai Televiziyanın Qarabağ bölgəsi üzrə müxbiri,müharibə veteranı,ehtiyatda olan kapitan Şöhrət Eyvazov Qarabağ müharibəsindən,Xocalı faciəsindən danışaraq faciələr fonunda azərbaycanlıların qəhrəmanlıqlarından danışdı,gənclərə töhfələr verərək vətənpərvərlik tərbiyəsindən,təbliğat və təşviqatın əhəmiyyətindən danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Yusif Musayev çıxış edərək erməni xislətindən,günahsız insanlara qarşı həyata keçirilən vəhşiliklərdən söz açaraq Xocalı faciəsinin tanıdılması istiqamətində müsbət tendensiyadan danışdı və bildirdi ki faciənin dünyada daha geniş miqyasda  tanıdılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini də surətləndirə bilər.

Qafqaznews.az

IMG_4176 IMG_4112 (1) IMG_4112 IMG_4146 IMG_4153 IMG_4154

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR